Hacı Qadir Qədirzadə. Dörd çay nəzəriyyəsi və Naxçıvanda sivilizasiya məsələsi.

 

HACI QADIR QƏDIRZADƏ
AMEA Naxçıvan Bölməsi

DÖRD ÇAY NƏZƏRİYYƏSİ VƏ NAXÇIVANDA SİVİLİZASİYA MƏSƏLƏSİ.

 

Mövzunu şərh edərkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 07 iyun 2011-ci ildə imzaladığı “Naxçıvan: ilkin məskunlaşma və şəhərsalma yeri kimi” sərancamında qarşıya qoyulmuş hər iki məqama  xüsusi diqqət yetirməyi nəzərdə tutmuşuq. Məsələnin birinci tərəfi Naxçıvanın Daş dövründən başlayaraq ilkin yaşayış məskənlərindən biri olmasıdır ki, bununla əlaqəli məlumatlar arxeoloji mənbələrdə, xüsusən , Əsədulla Cəfərovun, Azad Zeynalovun (3; 4,s.69-72; 5,s.26-30) əsər və məqalələrində, həmçinin müxtəlif ensiklopediyalarda, toplularda öz əksini tapmışdır.

Buna görə də biz ilkin məskunlaşma, daha dəqiq desək Daş dövrü üzərində geniş dayanmaq niyyətində deyilik. Yazıda başlıca diqqət Tufanaqədərki dövrdəki sivilizasiyaya, dini mənbələrdən, xüsusən Bibliyadan qaynaqlanan “Dörd çay nəzəriyəsi”nə, onun Naxçıvanla əlaqəsinə, həmçinin  Dünya Tufanından sonrakı məskunlaşma və şəhərsalma məsələlərinə, bununla bağlı təbii-coğrafi amillərə yetiriləcəkdir.
    Problemi araşdirarkən yığcam halda sivilizasiya məsələlərinə və dünyanın bir sıra araşdırıcıları arasında bəşərıyyətin keçdiyi inkişaf yolunda xüsusi əhəmiyəti olduğu söylənilən “Dörd çay nəzəriyəsi”nin müəyyən məqamlarına diqqət yönəltməyi məqsədəuyğun sayırıq.
    Tarixdə sivilizasiya məsələsi ilə məşğul olan araşdırıcılar ona iki yöndən yanaşirlar-Adəm peyğənbərdən başlayib Dünya Tufanina qədər davam edən mədəniyyət, Dünya Tfanından günümüzədək İkinci sivilizasiya-Adəm ata, Nuh ata nəzəriyəsi. Bəzilərinə görə bu yazıyaqədərki və yazıdan sonraki sivilizasiya adlanır. Adın necə olmasından çox onun xarakteri və əhatə dairəsi maraq doğurur. Avropada yüksək inkişaf etmis mədəniyyət anlami daşıyan sivilizasiya ifadəsi XVIII əsrin sonu XIX əsrin əvvəllərində meydana gəlmiş və daha çox Avropa istisna olmaqla digər xalqları və mədəniyyətləri aşağalamağa, sonrakı dövrlərdə həmin mədəniyyətləri istismar etməyə başlamışdır. Bu məsələdə din amili ciddi rol oynamışdır. Belə saxtakarlıqlar digər Şərq xalqları ilə yanaşı Azərbaycan və onun tarixi ərazilərindən, o cümlədən Naxçıvandan da yan keçməmişdir. Buradakı qədim yaşayış məskənləri, Naxçıvan şəhəri ilə əlaqəli elmi əsasi olmayan müxtəlif iddialar irəli sürülmüşdür ki, ayrı-ayrı əsər və məqalələrdə belə uydurmalara lazımı cavab verilmişdir.
    Nəzəriyyələrarası ziddiyyətlərə baxmayaraq bir çox araşdırıcılar ümumbəşəri sivilizasiyanı iki yerə ayırırlar-tarixəqədərki, yəni yaziyaqədərki və ondan sonrakı dövr. Lakin belə baxışlar içərisində dini mənbələrdən, səmavi kitablardan, qədim Şumer-Akkad əsatirlərindən qaynaqlanan, daha çox Bibliya ağırlıqlı nəzəriyyəyə əsasən bəşəriyyət Adəm peyğəmbərdən başlayıb Dünya Tufanı ilə başa çatan Birinci və Tufandan sonra başlayıb bu gün də davam edən İkinci sivilizasiya mərhələsinə aiddir.
    Elmi ədəbiyyatda sivilizasiya məsələsinə yanaşmada fərqli baxişlar mövcuddur. Son illərdə Azərbaycanda da bu istiqamətdə dəyərli araşdırmalar aparılmaqdadir. Bu baxımdan Ə.Həbibbəylinin 2011-ci ildə nəşr eailmiş “Sivilizasiyaların kəsişməsində türk dünyası” kitabı diqqəti cəlb edir(8). Müəllif sivilizasiya, mədəniyyət və kültür məsələlərinə açiqlama gətirməklə türklərin dünya sivilizasiyasında oynadığı rolu təhlil etmişdir.
    Mədəniyyət məvhumuna gəlincə ərəb mənşəli olan söz oturaq həyata keçidi, şəhərləşməni elm və təhsili, həyat tərzinin inkişafını nəzərdə tutur. Bizcə Qaba daş çağından günümüzəqədər insan oğlunun yaratdığı, qazandığı hər şey onun mədəni tərzindən, həyatından xəbər verir. Bu anlamda Naxçıvanda mədəniyyətin formalaşması Daş çağından başlamaqla ilkin məskunlaşma olmuşdur.
    Qərbdə sivilizasiyalararası münasibətlərdə dini mənbələrə, xüsusilə Bibliyaya böyük önəm verilir. Həmin məlumatlara görə İlkin sivilizasiya Adəm (ə.s.)-ın yerləşdiyi və Edim adlanan bağdan, ərazidən başlamışdır. Bibliyada bu ərazidən bəhs edilərkən dörd çayın adı çəkilir: Birincisi Fison, ikincisi Qixon, üçüncüsü Xiddekel, dördüncüsü Farat. Beləliklə insanın ilkin məskunlaşdığı ərazinin şərti sərhədləri cızılmış olur. Uzun illərdən bəri bu istiqamətdə araşdırmalar aparılsa da son dövrlərə qədər vahid nəticəyə gəlinməmişdir. Ta qədimdən Edim bağlarını Nil hövzəsindən başlamiş Xəzərə qədər müxtəlif ərazilərdə axtarmışlar. Hər kəsi bu reqiona yönəldən dörd çaydan birinin indiki adı ilə-Farat olmasıdır. Qalan üç çayda mübahisə var idi. Belə araşdırıcılardan Yəhudi tarixçisi, Roma vətəndaşı İosif (Flaviy) e.ə 100-37-ci illər, dinşünas və filosof Avqustin (354-430-cu illər), Bibliyanı latın dilinə çevirən İeronim (340-420-ci illər), Alman alimi Qezeniy (1786-1842-ci illər) və başqalarını göstərmək olar. Beləliklə, 2000 ilə qədərki araşdırmalarda vahid fikrə gəlmək mümkün olmamışdır. Lakin XIX əsrin ortalarından başlayaraq İkiçayarasında aparılmış arxeoloji qazıntılar, dini və mifoloji mətnlərin incələnməsi Edem adlanan ərazinin bu regionda olduğunu ortaya qoydu. Nəhayət 200 ilə yaxın Orta Şərqdə aparılmş tədqiqatların nəticələrinə və özünün uzunmüddətli araşdırmalarına söykənərək Recinad Artur Uolker Bibliyada adı çəkilən dörd çaydan birinin, Qixonun indiki Araz olduğunu təsdiq etmişdir. Beləliklə elmdə Araz çayının Naxçıvana aid hövzəsi də daxil olmaqla ilkin məskunlaşmanin yuxarıda adları çəkilən çayların əhatə etdiyi hövzədən başlandığı təsbit edildi. Gəminin dayandığı yarlə bağlı müəyyən mülahizələrin olmasına baxmayaraq tarixdə İkinci sivilizasiyanın da bu reqiondan başlandığı qəbul edilməkdədir. Beləliklə, biz bu nəzəriyyələrin işığında, Naxçıvandan aşkar edilmiş maddi, mənəvi dəlillər, tarixi məlumatlar əsasında bu regionda məskunlaşma və ilkin şəhərsalma ilə bağlı bəzi məqamlara diqqət yönəltməyə çalışmışıq.             
Naxçıvan tarixinin araşdırılmasının ciddi problemlərindən biri burada erkən şəhər mədəniyyətinin, şəhərsalmanın meydana gəlməsi, şəhərin yaranma tarixi ilə bağlıdır.  Keçən əsrin 70-ci illərindən gündəmə gətirilməsinə baxmayaraq problem hələ də öz həllini tapmayıb. Təbii ki, Naxçıvanla bağlı bütün məsələlərin elmi tərəflfri ilə yanaşı  milli-siyasi cəhətləri də vardır.
Artıq zaman dəyişib tarixi-milli məsələlərin həllinə Rusiya, Avropa mənafeyindən deyil reallıqdan və milli düşüncə tərzindən yanaşmaq lazımdır. Əvvəlki illərdə bu məsələ tanınmış arxeoloq V.Əliyev tərəfindən qaldırılmışdır (8, s.3.). Həmin dövrdə daha çox II Kültəpə yaşayış yerinin materiallarına əsaslanılırdı. Ciddi cəhdlərə baxmayaraq  Naxçıvanın 3500 illik tarixi məsələsi öz həllini tapmadı. Özgələri ilə bərabər Azərbaycandan olan bəzi alimlər də bu fikrə qarşı çıxış etdilər. Biz sözdə, yazıda bu işlərlə məşğul olmaq istərkən ermənilər və onların Qərbli havadarları Naxçıvan ərazisindəki Neolit dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilmiş I Kültərə yaşayış yerini qədim erməni mədəniyyəti ilə əlaqələndirməyə başladılar. Bu, tanınmış qafqazşünas alim hesab edilən ingilis tədqiqatçısı Devid Lenqin ingilis dilində yazdığı və 2004-ci ildə rus dilində nəşr edilmiş «Arməne: narod-sozidatelğ» kitabında açıq şəkildə göstərilir (13, s.63-67.). Kitabın xülasəsində yazılır ki, Misir və Mesopotamiya ilə yanaşı Ermənstan da ilkin sivlizasıyanın mərkəzlərindəndir. Kitabın əvvəlində onun 1 Vazgenin xatirəsinə həsr edildiyi ayrıca qeyd olunmuşdur. Deməli məsələ aydındır. Müəllif bir sıra uydurmalarla bərabər əldə etdiyi materialları saxtalaşdıraraq I Kültəpəni, bütövlükdə Naxçıvanı Ermənstan və erməni mədəniyyəti kimi təqdim edir: «…xolm Kölğ-Tepe, ili «xolm zolı», raspolcennıy v rayone Naxiçevani, v 8 kilometrax na severo-vostok ot drevnoqo armənskoqo qoroda Naxiçevan…» (13, s.63). I Kültəpədən, burada apraılan arxeoloji qazıntılardan, onun aşağı təbəqəsindən Neolit dövrünə aid maaterialların əldə edilməsindən geniş şəkildə bəhs edən müəllif 1966 və sonrakı illərdə Leninqrad şəhərində aparılmış analizlərə əsasən burada məskunlaşmanın  M: Ö ən azı  4,2 min il əvvəl olduğunu yazır (13, s.67). Bu fikirlərindən sonra o qeyd edir ki, Ermənstanın digər bölgələrində Neolit mədəniyyəti bundan bir neçə əsr əvvəl formalaşmışdır. Ümumiyyətlə bu fikir yanlışdır, son dövrdə aparılan araşdırmalar, əldə edilmiş arxeoloj materiallar I Kültəpədə məskunlaşmanın daha qədim dövrdən baş verdiyini təsdiq edir. Unutmaq olmaz ki, buradan Neolit dövrünə aid materiallar əldə edilmişdir. Bütun bunlar isə məskunlaşmanın M:Ö VII minilliklərdə, yəni ingilis müəllifitnin söylədiklərindən çox öncə olduğunu göstərir. Bu öz əksini Vəli Baxşəliyevin, Katerina Marronun (1, s.3-4), Abbas Seyidovun (10) və digərlərinin tədqiqatlarındada tapmışdır. Devid Lenqin kitabında Neolit dövründə erməni etnik birliyinin yarandığından, şifahi dilin təşəkkül tapmasından, yazı məsələsinə keçiddən bəhs edilir (13, s.64-66). Bunlar nə dərəcədə inanılmaz, elmi cəhətdən əsassız olsada bu ingils və rus dillərində, bəlkədə digər dillərdə nəşr edilib yayılmış kitabdır. Kitabla bağlı bizim ayrıca məqaləmiz nəşr edildiyindən onun üzərində geniş dayanmayacağam (7).  Dünya oxuçusunun, hətta tarixçilərin müəyyən hissəsinin elmi həqiqətdən xəbərləri olmadığından bütün bunları reallıq hesab edirlər. Bu məsələləri oxuduqca düşünürəm ki, görəsən nəyə görə Naxçıvan tarixinin qədimliyinə, burada şəhər mədəniyyətinin M:Ö. 3-cü minillikdə formalaşması fikirlərinə qısqancıqla yanaşılr? Diqqət verin, ingilis alimi deyir ki, I Kültəpədə M:Ö. V minillikdə yüksək mədəniyyət var! Bəli, bu belədir sadəcə olaraq həmin mədəniyyətin erməniləşdirilməsi elmi cəhətdən əsassız və uyaurmadır. Digər tərəfdən tarix isə daha qədimdir-M:Ö. VII minillik! Tədqiqatlar genişləndikcə bu tarix  dahada qədimlərə gedəcəkdir. Hazırda elmdə belə bir fmikir mövcuddur ki, keramika mərhələsi ilk olaraq M: Ö.  VII minillikdə qərbi Iran, yəni güney Azərbaycan ərazisindən başlanmışdır (12,s.151). Bura ümumiləşmiş halda qəbul edilən «Arxeoloqiçeskie naxodki, otnosəhissə k doistoriçeskim vremenam, svidetelstvuöt, çto «revalöüiə gpoxi Neolita» naçalosğ v qorax Zaqros» (12, s.146) fikirlərini də əlavə etsək və Naxçıvanın bu regiona yaxınlığını, eyni tarixi dönəmlərdən keçməsini nəzərə alsaq  yuxarıda yazılanların burada da baş verdiyini söyləmək olar. Bəli, Naxçıvan  «Neolit inqilabı»nın  baş verdiyi bölgələrdəndir. Unutmayaq ki, hələ elmi mübahisələrin meydana gəlmədiyi, sənin-mənim fikrinin formalaşmadığı, kitablarda, xəritələr üzərində sərhədlərin cəkilmədiyı bir dövrdə  Naxçıvanın Dünya Tufanından sonra ilk yaşayış məntəqəsi olması fikri mövcud idi. Sonralar bunu çoxları, hətta bizə düşmən kəsilənlər də qəbul etdilər. Amma bizimdir deməklə. Bütün bu «bizimdir»lərin qarşısında səd kimi dayanıb, elmi dəlillərdən istifadə etməklə həqiqəti ortaya qoymaq mümkündür.  
    Şəhər mədəniyyətinə keçid, onun formalaşması uzun tarixi proses olduğundan bu məsələlərdə bütün şərtlərə xüsusi diqqət verilməlidir. Mənbələr geniş şəkildə araşdırılmalı, bu işdə ciddi rol oynayan arxeoloji materiallara, yazılı mənbələrə önəm verilməklə mif, əsatir və rəvayətlərlə yanaşı ərazinin təbii-coğrafi şəraiti də nəzərə alınmalıdır.
Bir sıra yazılı mənbələrdə Naxçıvan şəhərinin əsasının e.ə. qoyulması ilə bağlı məlumatlar mövcuddur. Bəzi orta əsr müəllifləri özlərindən əvvəlki mənbələrə və müxtəlif məlumatlara söykənərək Naxçıvn şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğunu qeyd edirlər. Bəlli olduğu kimi Ptolomeyin eramızın II əsrinə aid əsərində  Naxçıvanın adı Naksuana kimi çəkilir. Naxçıvan şəhərinin əsasının Türk hökmdarı Bəhram Çibunə  tərəfindən qoyulduğu yazılmaqdadır (11,s.66). Bir səra mənbələrdə isə şəhərin əsasının Nuh peyğəmbər tərəfindən qoyulduğu göstərilir ki, bundan ayrıca bəhs edəcəyik. Ümumiyyətlə şəhərin tarixi ilə bağlə bir sıra müəlliflər, xüsusən R.Məmmədov (5) geniş bəhs etdiyindən biz bu məsələ üzərində dayanmaq istəmirik. Təbii ki, bu mənbələr Orta əsrlər dövrünü aiddir. Əldə edilmiş arxeoloji materiallar mənbələrdə bəhs edilən dövrlərdə, ondan daha da qədimdə Naxçıvanın yüksək inkişaf etmiş şəhər olduğunu sübut edir. Yəni, Naxçıvanda şəhər mədəniyyətinə keçid yazılı mənbələrdə göstərilənlərdən  əvvəllər baş vermişdir. Bu məsələdə sənətkarlığın və ticarətin formalaşması mühüm rol oynayır. Son dövrlərdə aparılmış arxeoloji tədqiqatlar Neolit dövründə Naxçıvan ərazisində sənətkarlığın, eyni zamanda təsərrüfatın müxtələf sahələrinin güclü surətdə inkişaf etdiyini göstərir. Bir sıra tədqiqatçılar keramikaya keçidi oturaq həyata, sənətkarlıçğa keçidin başlanğıcı sayırlar. Təbii ki, bu dövrə qədər də sənətkarlığın ilkin formaları mövcud olmuşdur. Lakin keramika ilə əlaqəli olaraq kürələrin yaranmas və təkminləşməsi sonrakı dövrlərdə metala keçidin əsasını qoymuşdur. Arxeoloj araşdırmalar sübut edir ki, Naxçıvan  keramikaya keçidin əsas mərkəzlərindəndir. Təbii ki, sənətkarlığın ayrıca sahə olaraq formalaşmasına qədər Naxçıvanda əkinçilik və maldarlıq, təbii-coğrafi şəraitlə əlaqədar olaraq daha çox xırdabuynuzlu heyvanların saxlanması güclü inkişaf etmişdir. Bunu Enolit dövrünə aid  maddi mədəniyyət nümunələri və Gəmiqaya təsvirləri də sübut edir. Bu isə təbii-coğrafi şəraitə tam uyğundur. Naxçıvanda tarixən yaylaq-qışlaq maldarlığı inkişaf etmişdir. Əgər bəzi bölgələrdə heyvandarlar yüz klometrlərlə məsafə qət edib yaylaqlara çatırdılarsa Naxçıvanda yaylaqla qışlaq arasındakı məsafə köç yolları ilə 30-40 km edir. Bunun bir sıra müsbət tərəfləri ilə bərabər qarışıq məşğuliyyət sahəsinin inkifana xüsusi təsiri olmuşdur. Əsas məşğuliyyəti əkinçilik olanlar maldarlıqla və əksinə maldarlar əkinçiliklə məşğul ola bilmişlər. Tədiricən bu ümumilikdən yaranan mərkəzlər meydana gəlməyə başlamışdır. Təsərrüfatın qarışıq formada olması, sənətkarlığın ayrıca sahə kimi formalaşması Neolit dövründən bu ərazidə daimi yaşayış məskənlərinin genişlənməsinə səbəb olmuşdur. Bunlar isə ən azı M:Ö VII minillikldə baş vermişdir. Daha çox bolsulu çayların aşağı axarlarında, müəyyən yüksəkliklərdə yerləşən belə yaşayış məskənləri zaman keçdikcə ümumi əlaqə, sonralar ticarət, sənətkarlıq və idarəetmə mərkəzlərinə çevrildilər. Özgə sözlə desək ilkin şəhər mədəniyyəti yaranmağa başlandı. Adətən belə yaşayış məskənlərinin baş meydanı, ticarət əlaqələri üçün indiki anlamda bazarları, xidmət sahələri və sənətkarləq məhəllələri olurdu.
Iri yaşayış məskənlərinin, ticarət və idarəetmə məntəqələrinin yaranmasında təbii-coğrafi şəraitlə yanaşı müəyyən təbii sərvətlər də xüsusi rol oynayırlar. Bu dünya təcrübəsində də belədir. Diqqət versək dünyanın bir çox şəhərləri buradakı təbii sərvətlərdən istifadə, onun istehsalı və satışı ilə bağlı olaraq yaranmışdır. Naxçıvanda şəhər mədəniyyətinin yaranmasında bu amil də xüsusi rol oynamışdır. Beləki, bölgənin təqribən ortasındı yerləşən, Dərələyəz dağ silsiləsindən ayrılıb cənubda Araz çayına doğru uzanan Duzdağ dağ silsiləsi vardır ki, burada zəngin daş-duz  yataqları mövcuddur. Duz canlı aləm, xüsusən heyvanat aləmi üçün vacib qida maddələrindəndir. Toplanmış etnoqrafik materiallara söykənərək demək olar ki, qədim zamanlarda insanlar Naxçıvan duzundan daha çox iki məqsədlə istifadə etmişlər. Gündəlik məişətdə yeməklərdə, həmçinin müxtəlif məhsulların qorunub saxlanması, xalq təbabəti və sənətkarlıqda.
Bir sıra rəvayətlərdə və yazılı mənbələrdə Nuh peyğəmbərin Duzdağ ərazilərindən duz çıxardığı və onu insanlara öyrətdiyi söylənilir (14, s.111). Deməli, Tufanaqədərki dövr bir tərəfə Tufandan sonrakı min illər boyu insanlar buradan duz çıxarmışlar.
 Zaman keçdikcə Duzdağın Cəhriçay vadisində və Naxçıvançayın sututarlarında böyük yaşayış məskənləri salmışlar. Çalxandağından, Məkkəzdən başlanmış Naxçıvançayına, II Kültəpəyə qədər Cəhriçay vadisi sıx surətdə məskunlaşmışdır. Çox təəssüf ki, buradakı 20-yə yaxın qədim yaşayış yerindən ancaq II Kültəpə və Meydantəpə tədqiqata cəlb edilib. Naxçıvan şəhərində isə bu günə qədər ciddi arxeoloji araşdırmalar aparılmayıb. Hansı ki, I Kültəpədən başlamış bu ərazilər qədim şəhər mədəniyyətinin formalaşdığı yerlər hesab edilir.
Duzdağda hələ XIX əsrin aparılmış axtarışlar nəticəsində çox sayda daş baltalar, çəkiclər, duz qırmaq üçün alətlər tapılmışdır. Bu alətlər müxtəlif dövrləri əhatə etmişdir. Bir məsələyə münasibət bildirməkdə fayda görürük. Bəziləri gördükləri hər daş aləti Daş dövrü ilə əlaqələndirməyə çalışırlar. Bu tamamilə yanlışdır. Daş alətlər Daş dövründən başlamış XX yüzilliyin 30-40-cı illərinə qədər düzəldilmiş və onlardan geniş istifadə olunmuşdur. Bu hər şeydən öncə arxeoloji ədəbiyyatlarda yaşı 80-90 min il bundan əvvələ aid edilən Qazma mağarasından başlamış daş alətlərdən istifadə edilməsi ənənələrinin qorunub saxlandığını, varislik məsələsinin ortaya qoyur. Daş alətlər indi də məişətimizdən tamamilə çıxmamışdır. Az da olsa kirkirələrdən, su daşılarından, yaylaqlarda dibəklərdən istifadə edilməkdədir. Daşişləmə sənəti isə Orta Daş çağından günümüzədək qalır. Bu bir el sənətkarlığıdır ki, şəhərsalmada, möhtəşəm qalaların, sarayların tikintisində, memarlıqda demək olar ki, maddi mədəniyyətimizin bir çox sahələrində istifadə edilir. Zamanında alətlərimiz də daşdan idi, duzumuz da dağdan, Duzdağdan daş, sal duz idi. Belə əvəzedilməz, hər kəsin ehtiyacı olan zəruri qidanın çıxarılması, sonrakı inkişaf mərhələsində satışı Duzdağın yaxınlığında, hər tərəfə yolların keçdiyi bir ərazidə  ticarət mərkəzinin yaranmasına səbəb olmuşdur. Yazılı mənbələrlə yanaşı   arxeoloj materiallar da Naxçıvan ərazisində qədim dövrdən başlayaraq duz ticarətinin geniş yayildığını sübut edir, Bunu Bəhlul İbrahimli ilə dirlikdə Gilançayın sağ sahilində, Plovdağla üz-üzə, İlk Tunc dövründən başlayaraq davamlı yaşayışın mövcud olduğu Sumbatan yaşayış vəskənindən aşkar etdiyimiz və xüsusi yerlərdə, həmçinin iri həcimli küplərdə saxlanılmış sal duz qalıqları da sübut edir.  Üstündən min illər keçməsinə baxmayaraq duzun keyfiyyətində və dadında heç bir dəyişiklik olmamışdir. Xüsusi yerin, “Duz damı”nın olması, nəmləməkdən, yağışa düşməkdən qorumaq məqsədi ilə duzun böyük küplərdə saxlanması onun ticarəti ilə bağlıdır. Özgə sözlə desək qədim Sumbatan yaşayış məskəni ticarətin inkişaf etdiyi əsas mərkəzlərdən olmuşdur. Beləliklə,  ticarət əlaqəqərinin, şəhərtipli yaşayış məntəqəsinin yaranmasınıda  Duzdağın, buranın duzunun böyük təsiri olmuşdur.
Tarixi mənbələrdə şəhər mədəniyyətinin formalaşmasında saxsı məmulatının (keramikanın), dulusçuluğun ciddi rol oynadığı qeyd edilməkdədir. Bura bişmiş kərpic, kerəmit istehsalını da əlavə etmək olar. Saxsı məmulatının istehsalına gəlincə bunun üçün iki şərt əsas idi. 1. lazım olan gil ehtiyatı. 2. Yanacaq. Gil ehtiyatına daha çox üstünlük verilirdi. Cünki yanacağı nisbətən kənardan gətirmək, həmçinin kərmə və yappalardan istifadə etmək mümkün idi. Bəzi araşdırıcılar bu şərtləri nəzər almadan az qala bütün yaşayış məntəqələrində keramika istehsal edildiyini yazırlar. Toplanmış etnoqrafik məlumatlara söykənərək demək olar ki, Naxçıvan ərazisində gil yataqları, yəni saxsı istehsalı üçün lazım olan təbii ehtiyat Nehrəm-Babək istiqamətində, Cəhri kəndi ərazisində Xor adlanan yerdə (Gillik), Aşağı Buzqov, Sultanbəy, Gərməçataq istiqamətində, Nəhəcir-Sürəməlik ərazilərində, Arpaçayın aşağı hövzəsində, Gilançayın orta axarlarında və digər yerlərdə olmuşdur. Həmin ərazilərdə saxsı istehsalı XIX əsrin sonu XX əsrin əvvəllərinə, bəzən ortalarına qədər davam etmişdir. Gilliyin ərazisində şərait olmadıqda gil daşınaraq yaxın yaşayış məntəqəsində istehsal edilirdi. Keramikanın şəhər mədəniyyətinə təsirini də nəzərə alsaq Naxçıvan ərazisində M:Ö. VII-VI minilliklərdə keramikanın, onun texnologiyasının o dövrü üçün yüksək səviyəyə çatdığını söyləyə bilirik. Bunu son illərdə Arpaçay, Gilançay hövzəsindən, eyni zamanda əvvəlki dövrlərdə I-II Kültəpə, Şahtaxtı, Nəhəcir ərazilərindən aşkar edilmiş maddi mədəniyyət tapıntıları da sübut edir. Bir məsələni də bildirməkdə fayda görürük. Bizcə, Naxçıvan ərazisində adı keçən dövrə aid yaşayış məskənləri digər yerlərdə də mövcud olmalıdır. Sadəcə olaraq geniş arxeoloji tədqiqatlara ehtiyacı var. Naxçıvanda yüzlərlə arxeoloji abidə mövcuddur ki, onlar haqqında ancaq yerüstü materiallara əsasən məlumat venrilmişdir ki, bu da abidəni dövrünü tam əhatə edə bilməz. Deməli, araşdırmalar genişləndirildikcə yeni faktlar ortaya çıxmalıdır. Bu tarixi dəlillərin məntiqi nəticəsidir. Əgər Qazma mağarasında yaşayış 80-90 min il bundan əvvələ aiddirsə və tədqiq olunmuş abidələrin bir qismindən Neolit mədəniyyəti aşkar olunmuşsa təbii ki, arada qalan  təqribən 70-80 min ilə yaxın bir vaxtda insanlar buranı tərk etməmişlər. Onlar bölgənin müxtəlif ərazilərində yaşamlarını davam etdirmişlər. Necə ola bilər ki, hərtərəfli coğrafi şəraiti olan ərazidə mədəniyyət kəsintisi olsun? Buradan belə bir qənaətə gəlmək olar ki, mədəniyyət kəsintisi olmamışdır. Sadəcə olaraq hələ həmin mədəniyyət aşkar edilməmişdir. Bir maraqlı cəhət də mövcuddur ki, Naxçıvan ərazisində aşkar edilmiş qədim yaşayış məskənlərinin əksəriyyətində, xüsusən Enolit və Ilk Tunc dövründən başlanan mədəniyyət davamlı olmaqla, bəzi hallarda müəyyən qədər yerini dəyişməklə Orta əsrlər dövrünə, hətta günümüzə qədər davam etməkdədir. Ola bilər ki, müəyyən hadisələrlə bağlı əhali yaxınlıqdakı ərazilərdə məskunlaşsın. Belə davamlılıq Arpaçay, Naxçıvançay və Gilançay vadisinin aşağı axarlarında daha çox izlənməkdədir. Bu davamlıq özü də iri yaşayış məntəqələrinin yaranmasında, şəhər mədəniyyətinə keçiddə mühüm amillərdən biridir.
Böyük yaşayış  məskənlərinin, idarəetmə mərkəzlərinin yaranmasında ən güclü və əsas amillərdən biri də qədim inam yerlərinin, məbəd və ibadətgahların olmasıdır. Ümumiyyətlə bunsuz şəhər mədəniyyətini təsəvvür etmək mümkün deyil. Bu adətən iki cəhətdən yaranır-Birinci əvvəlcədən bəlli olan və xalqın ətrafında məskunlaşdığı məqam, ikincisi məskunlaşma prossesində yaranan. Həmin məntəqələr maddi cəhətdən deyil mənəvi baxımdan daha da müqəddəsləşirlər. Əgər hər hansı bir tikil maddi xarakter daşımaqla kiməsə məxsusdursa, ibadətgahlar elin malıdır, hərkəsin üz tuta biləcəyi, qoruyacağı birlik məqamıdır. Bizçə Naxçıvan şəhırində belə bir məqam Nuh peyğəmbərlə bağlı olmaqla onun məzarı və ətrafındakı ərazidədir. Sonrakı dövrdə düzəldilənlər ona xatir salınmışdır. Bunu Mömünəxatun kompleksinə aid olan Cümə məscidi haqqında Franslz səyyahı Tavarnenin dediklərl də təsdiq edir: “Xalq arasında deyirlər ki, bu məsçid Nuh (ə.s.) məzarina xatirə olaraq tikilmişdir”. Bu baximdan kəsə yolla Naxçıvan şəhərınə yaxın olan Əshabi Kəhfi də nəzərdən qaçırmaq olmaz. Unutmaq olmaz ki, qədim şəhərlərin bir çoxunda tapınaqlar şəhərin kənarında olmuşdur.
Son illərdə Sumbatan ərazisində aparilmış arxeoloj araşdırmalar zamanı Gilançayın sağ sahilində, Plovdağla üz-üzə böyük bir məbəd yeri aşkar edilmişdir. Burada ibadətgaha aid edilən tikil qalıqları, aşkar edilmiş insanabənzər qara daş, el arasında ərazinin müqəddəs sayılmaqla yaxınlığında məsçid tikilməsi fikrimizi təsdiq edir. Bir məsələni də qeyd edək ki, II Kültəpə ərazisində belə bir yer aşkar olunmuşdur. Biz belə hesab edirik ki, gələcək araşdirmalarda bu məsələyə xüsusi diqqət verilməlidir.
Şəhərlərin yarpanması, onların inkişafı ilə bağlı məlumatların bir hissəsi müəyyən tarixi hadisələrdə, mif, əsatir, rəvayət və dastanlarda da qorunub saxlanmaqdadır ki, tədqiqatda bunları nəzərdən qaçırmaq olmaz.. Araşdırıcıların əksəriyyəti bu fikirdədirlər ki, hər hansı mifoloji mətin, rəvayət, bədii materiallar müəyyən reallığa söykənir. Ola bilər ki, bunlar dini mətinlərdə, dastanlarda, yazıya alınmış şifahi materiallarda qorunub saxlansın. Bu baxımdan Naxçıvan şəhəri ilə bağlı müxtəlif məlumatlar mövcuddur. Onların bir çoxu Eneolit və Ilk Tunc dövrü inkişaf mərhələsi ilə yaxınlıq təşkil edir. Bu söyləntilər, rəvayətlər içərisində Nuh peyğəmbər və Dünya tufanı ilə əlaqəli olanları daha geniş yayılmışdır. Mənbələrdə  Naxçıvan şəhərinin M:Ö. II minilliyin ortalarında mövcud olduğu yazılsa da onun şəhərəqədərki həyat tərzi  ilə əlaqəli məlumat yoxdur. Yazılarda yüksək inkişaf etmiş şəhərdən söhbət gedirsə burada ilkin şəhər mədəniyyəti daha qədimdə yaranmışdır. Məhz bu sualın cavabı arxeoloji materiallarda, rəvayət və dastanlarda qorunub saxlanmışdır. Nuh peyğəmbər və Dünya tufanı ilə bağlı rəvayətlərdə, dini məlumatlardan irəli gələn qaynaqlarda iki xətt mövcuddur. Birinci Avropa, rus və digər xristian mənbələrində gəminin Ağrıdağda dayanması sonradan Nuh (ə.s.) və ətrafındakıların Naxçıvanda məskunlaşıb burada şəhər salması nəzəriyyəsi. Uzunmüddətli axtarışlar bu xəttin birtərəfli olduğunu, elmi dəlillərə söykənmədiyini ortaya qoydu. Yəni, gəminin Ağrıdağda dayandığı sübut edilə bilmədi. Sonradan digər bölgələrə əl atdılar. Belə olan halda məsələnin ikinci tərəfi, yəni Nuh (ə.s.) və ətrafındakıların  Naxçıvana Ağrıdağdan gəlmələri fikri  də özünü doğrulmadı. Həmin nəzəriyyə və düşüncələr özünü doğrultmadıqca bir sıra müəlliflər, o cümlədən Rusiyadan olan araşdırıcılar arxa planda olub, min illər boyu xalq arasında qorunub saxlanan, XVII-XIX əsrlərdə bəzi Avropa və rus araşdırıcılarının epizodik halda bəhs etdiyi, hətta Azərbaycan tarixşünaslığında demək olar ki, diqqət verilməyən, sadəcə olaraq müxtəlif rəvayətlər və mifik mətnlər kimi təqdim edilən, Nuh peyğəmbər, onun gəmisi və Naxçıvan məsələsi ön plana keçirildi. Nəhayət min illər boyu Naxçıvandakı müxtəlif yer adlarında, müqəddəs məqamlarda, Naxçıvan şəhərinin əsası qoyulması ilə bağlı söyləntilərdə qorunub saxlanan həqiqət aşkarlandı. Bu həqiqətin ortaya çıxmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri V.Talıbovun müstəsna rolu xüsusilə qeyd edilməlidir. Bəli, bu bir reallıqdır ki, 2001-2011-cu illərdəki ekspedisiyalar, elmi axtarışlar, çoxsaylı kitab və məqalələr, Beynəxalq səviyyəli elmi məclislər bu nəticəyə gəlməyə imkan verdi: 1. Nuh (ə.s.)ın gəmisi rəvayətlərdə deyildiyi kimi Naxçıvanda, Gəmiqayada dayanmışdır. 2. Qurani Kərimdə adı çəkilən müqəddəs, bərəkətli torpaq buradır. 3. Allah Nuh peyğəmbər üçün bu yeri vətən seçmiş. 4. Nuh peyğəmbər və ətrafındakıların adı ilə bağlı çoxsaylı yer adları onların tədricən buradan yayılması ilə yaranmışdır. 5. Nuh peyğəmbər öz adı ilə əlaqələnən  Nuhçıvan-Nuhçıxan-Naxçıvan yaşayış məntəqəsinin əsasını qoymuşdur. 6.Nuh(ə.s.) ətrafındakılara sənətkarlıq, Duzdağdan duz çıxarmaq, əkinçilik və maldarlığı öyrətmişdir. Bir rəvayətdə Nuh peyğəmbərin gəmi düzəldilməsi ilə bağlı məlumatlar da vardır. Unutmaq olmaz ki, dini ədəbiyatlarda, oradan qaynaqlanan elmi mənbələrdə Nuh peyğəmbər ilk gəmi düzəldən, dülgərliyin atası sayılır. Naxçıvanda isə Araz çayında qədimdə, hətta XIX əsrdə kiçik həcmli gəmilərin üzdüyü xəbər verilir (14, s.115).
Beləliklə, Nuh (ə.s.) öz peyğəmbərliyini təbliğ etmək üçün mərkəz olaraq Naxçıvanı seçdi və bu mərkəzdən idarəetmə başladı. Təbii ki, ilk dövrlərdə burada Nuh peyğəmbər və ətrafındakılar yaşayırdı. Zaman keçdikcə onlar ətrafa da yayılmağa başladılar.
Nuh peyğəmbərin gəmisi, tufan məsələsi, gəminin Naxçıvanda dayanması, yurd seçmə ilə bağlı bir sıra müəlliflər, o cümlədən biz də bəhs etmişik. Bütün bunlara bir məsələni də əlavə etməkdə fayda görürük Bilqamıs dastanında Nuh / Utnapişti ilə bağlı məlumatları və tarixi faktları. Dastanın başlanğıcında Bilqamıs haqqında deyilir:
O hər sirri bilərdi, o hər şeyi görərdi,
Yeri su basmasından, bizə xəbər verərdi.
Uzun yollar dolaşıb, yorulub əldən düşdü,
Başına gələnləri sal bir qayaya döydü,
Sonra hasara alıb, adını Uruk qoydu (2,s.8).
Bu sətirlərdən bəlli olur ki, Bilqamış Uruk şəhərinin əsasını uzun müddət gəzib dolaşandan, Utnapişti /Nuhla görüşüb ondan Dünya Tufanı ilə bağlı məlumat aldıqdan sonra qoyub. Burada qeyd etməkdə fayda vardır ki, tarixi mənbələrdə Uruk şəhərini əvvəlcədən salındığı, Bilqamısın isə bu şəhərdə beşinci hökmdar olduğu göstərilir (12, s.185).
Dastanın XI lövhəsində (nəğməsində) Bilqamısın axtarıb tapdıqdan sonra Utnapişti ilə görüşündən bəhs edilir. Bu görüş zamanı Utnapişti insanlardan ilk dəfə olaraq Bilqamısa Tufan hadisəsini danışır. Onun danışığındada qədim şəhər mədəniyyəti ilə əlaqəli məlumat vardır. Utnapişti Bilqamısa müraciət edərək deyir:
                Faratın sahilində əbədi məskən salan,
                Şuruppak şəhərini sən yaxşı tanıyırsan.
                Həmin qədim şəhərə tanrılar yaxındırlar,
                Tufan istədi könlü, ürəkləri onların (2,  s.86).
Buradan aydın olur ki, Naxçıvana coxda uzaq olmayan bölgədə, Mesopotamiyada, Farat çayının sahilində Tufanaqədər şəhər və şəhər mədəniyyəti olmuşcur. Bu arxeoloji qazıntılar nəticəsində də sübut edilmişdir. 1928-1934-cü illərdə Leonard Vuli Ur şəhərində, sonralar Şuruppak və Kiş şəhərlərində Tufanaqədərki mədəni qatı müəyyənləşdirə bildi. Qazıntı nəticəsində Şuruppakda adı çarlar siyahısında çəkilən  Ubartutnun hakimiyyət dövrünə aid materiallar əldə edildi. Dastandan və çarların siyahısından bəlli olur ki, Ubartutu Utnapiştinin /Nuhun atasıdır. Dastanda tanrı Eya tufan haqqında xəbərdarləq edərkən Utnapiştiyə: «Şuruppak şəhərində, Ubartutunun oğlu!» deyə müraciət edir. Beləliklə, arxeoloji materiallar tufanın adı çəkilən şəhərdə, Şuruppakda baş verdiyini, bundan sonra şəhərin sular altında qaldığını və üstünün qalın lil təbəqəsi ilə örtüldüyünü sübut edir (8, s.189). Buradan əldə edilmiş materiallar M:Ö.VI-V minilliklərə aiddir. Bu tapıntılara istinad edən bir sıra müəlliflər Bibliyada mədəniyyətin beşiyi kimi adı çəkilən dörd çay hövzəsinin elmi cəhətdən real olduğunu yazırlar. Yuxarıda dedik ki,  dörd çay nəzəriyyəsinə Araz çayı da daxildir: 1.Perat (şumerlərdə Buranun) indiki Farat, 2. Xiddekel (şumerlərdə Idiqlat) indiki Dəclə, 3. Qifon, R.A.Uolker və digər müəlliflərə görə indiki Araz, 4.Fison, indiki Uzhun. Beləliklə dini və elmi ədəbiyyatlarda (bu həmin materiallar əsasında tərtib edilmiş xəritələrdə daha aydın gbrünür) Araz hövzəsi, o cümlədən Naxçıvan Tufanaqədərki mədəniyyət mərkəzlərindən biri sayılır. Elmdə Dörd çay ideasından çox əvvəl Naxçıvanın Tufandan öncə də ilkin sivilizasiya mərkəzlərindən olduğu sübut edilmişdir. Bunun üçün Daş dövrünə aid yaşayış məskənlərinə nəzər salmaq yetər. Buradan belə bir məntiqi nəticəyə gəlmək olar. Dörd çay nəzəriyyəsinə görə Mesopotamiya ilə yanaşı Araz çayı, o cümlədən Naxçıvan da eyni mədəniyyət mərkəzinə aiddirsə olnda burada da şəhər mədəniyyəti Şuruppak, Kiş, Uruk və digərləri kimi M:Ö.V-IV minilliklərə aid olmalıdır. Hələlik əldə edilmiş arxeoloji materiallara əsasən Naxçıvanda şəhər mədəniyyətinin M:Ö. III minillikdə və yaxud ən azı beş min il bundan əvvəl yarandığını söyləmək olar.         
 Bilqamıs dastanından bəlli olur ki, Bilqamısa qədər insanlarda Dünya Tufanı ilə bağlı məlumat olmamışdır. Bu sirri hadisənin yeganə şahidi  Utnapişti Bilqamısa açır. Utnapişti Bilqamısa  tanrı Ellilin onun haqqındakı qərarını bildirir:
Utnapişti adam idi.
Indən belə tanrılara tay olacaq!
O əbədi sağ qalacaq,
Ulu-ulu çaylar üstündə yurd salacaq!»
Sonra məni uzaqlara apardılar,
Çay ağzında yurd saldılar (2, s.93).
Burada bir neçə maraqlı məqam var: «Ulu-ulu çaylar üstündə yurd salacaq!» və «Çay ağzında yurd saldılar». Birinci ifadədə çaylar üstündə bir neçə yurdun salınacağından, daha çox gələcəkdən bəhs edilir. Diqqət versək Naxçıvandakı qədim yaşayış məskənlərinin hamısı, o cümlədən V.Əliyevin şəhər mədəniyyəti, hətta qədim Naxçıvan adlandırdığı II Kültəpə, eyni zamanda I Kültəpə, Xaraba-Gilan, Enolit dövrünə aid yaşayış məskənləri olan Ovçular təpəsi, Xalac, qala şəhərlər çayların üstündə salınıbdır. Bu bir tərəfdən təbii-coğrafi şəraitlə əlaqəlidirsə, eyni zamanda yuxarıdakı ifadəyə də uyğun gəlir. Sonrakı sətirlərdə isə tanrılar tərəfindən çay ağzında yurd yeri salındığı, Nuh/ Utnapişinin orada yerləşdirildiyi bəlli olur. Naxçıvan şəhərinin coğrafi mövqeyi deyilənlərlə üst-üstə düşür. Bəlli olduğu kimi şəhər Naxçıvan çayının ağzında, Kitabi-Dədə Qorqudda Akıntılı adlanan Araz çayının üstündə salınıb.
Bu mənbəyə söykənərək Naxçıvan şəhərinin Tufandan sonrakı ilk yaşayış yeri, Nuh peyğəmbərin dinini təbliğ etdiyi mərkəz, sonrakı mərhələdə şəhər olduğunu söyləyə bilərik.  Bizcə Bilqamıs dövründə bura şəhər idi. Digər bir məsələ də maraqlıdır. Bilqamısın buradan qayıtdığını sonra Uruk şəhərinin əsasını qoyması. Əlimizdə olan çoxsaylı mənbələrdə bu şəhərin M:Ö.IV minillikdə mövcud olduğu göstərilir. Bilqamıs dastanında Bilqamısın Utnapişti ilə görüşündən sonra Uruk şəhərinin əsasını qoyması fikirlərini, Nuh peyğəmbərin Naxçıvanda yaşaması, onun bu şəhərin əsasını qoyması ilə bağlı rəvayətləri, həmin rəvayətlərdən qaynaqlanan tarixi məlumatları nəzərə alaraq Naxçıvanda şəhər mədəniyyətinin Tufandan sonra, ən azı M:Ö. III minillikdə meydana gəldiyini söyləyə bilərik. Biz əminik ki, arxeoloji araşdırmaların genişləndirilməsi, xüsusən Naxçıvan şəhərinin müəyyən yerlərində tədqiqatlar aparılması yeni dəlillərin ortaya çıxmasına səbəb olacaqdır. Naxçıvanda şəhər mədəniyyətinin beş min ildən artıq tarixə malik olması fikirləri 24-25 aprel 2009-cu il tarixdə Naxçıvan şəhərində keçirilmiş «Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan» Beynalxalq simpoziumunda xarici ölkə alimləri tərəfindən də söylənmişdir.
Yuxarıdakılardan bu nəticəyə gəlmək olar ki, Naxçıvan ərazisində Tufanaqədər on min illər boyu yaşayış olmuş, Tufandan sonra  İkinci sivilizasiya və şəhər mədəniyyəti buradan başlanmışdır. Beləliklə, Nuh peyğəmbərin ilk olaraq yaşadığı, yerləşdiyi yer onun adını daşımaqla insanlığın ana şəhərinə çevrilmişdir. Bütün bu hadisələr ən azı beş min il bundan öncə baş vermişdir. Bizlər isə bu yurdun Tufandan günümüzə qədərki sakinləriyik. Ulu babalarımız peyğəmbər yurdu, Nuh yurdu olan Naxçıvanımızı müqəddəs məqam kimi qoruyub saxlamışlar. Biz və bizdən sonrakı nəsillər də onu Qiyamətə qədər qoruyub saxlayacaqlar.

ƏDƏBIYYAT
1.    BakhsheliyevVeli, Catherine Morro. The archaeology of Nakhıcevan. Istanbul, 2009, s. 3-4.
2.    «Bilqamıs» dastanı, rus dilindən çevirəni və ön sözün müəllifi I.Vəliyev. Bakı, 1985.
3.    Cəfərov Ə.Q. Naxçıva Paleolit düşərgəsi. NDU-nun elmi əsərləri. Naxçıvan, 1999.  
4.    Cəfərov Ə.Q. Azərbaycanın ilk sakinləri. Bakı, Elm, 2004.
5.    Cəfərov Ə.Q., Zeynalov A.Ə., Avşarova İ.N. Qazma Paleolit düşərgəsində arxeoloji qazıntılar (Naxçıvan MR Şərur rayonu). Azərbaycanda arxeoloji tədqiqatlar 2009. Bakı, Elm, 2010.                                                                                    
6.    Əliyev V. Qədim Naxçıvan. Bakı: Elm, 1975
7.    Qədirzadə H. Q. Ingilis aliminin Naxçıvanla bağlı uydurmaları və tarixi həqiqətlər // Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf pespektivləri. Naxçıvan, 2006, s. 247-257.
8.    Həbibbəyli Ə.İ. Sivilizasiyaların kəsişməsində türk dünyası. Bakı, 2011
9.    Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, 1977.
10.    Seyidov A. Naxçıvan e. ə. VII- II minilliklərdə. Bakı: Elm, 2003
11.    Qriqorğev V.Q. Statistiçeskoe opisanie Naxiçevanskoy provinüii. SPb,            1833, 263 s.
12.    Dgvid Rol. Qenezis üivilizaüiy. Otkuda mı proizoşli. Moskva, 2002
13.    Dgvid Lenq.  Arməne: narod sozidatelğ. Üentropoliqraf, Moskva, 2004.
14.    Nikitin K.A. Qorod Naxiçevanğ i Naxiçevanskiy uezd. SMOMPK. Tiflis, 1882, vıp. 2. otdel 1. s. 10

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt